AZ

Bakı-Tiblisi qatarında bilet neçəyə olacaq olacaq?-DİQQƏT

Xəbər verilir ki, 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tiflis-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə İqtisadiyyat Nazirliyi rəsmi məlumat yayıb.


Bakupost.az xəbər verir ki, bu məlumatların yayılması fonunda qiymətlərin necə olacağı əhali arasında maraq doğurub.

Mövzu ilə bağlı Bakupost.az-ın ADY-yə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, hələlik qiymətlər müəyyənləşməyib.

Bakı-Tbilisi qatarının sonuncu dəfə 6 il bundan əvvəl işlək olduğunu nəzərə aldıqda, marşrut üzrə qiymətləri xatırlamaq yerinə düşər.

Belə ki, sonuncu dəfə Bakı-Tbilisi qatarının qiymətləri aşağıdakı kimi olub:

Plaskart - təxminən 24.54 AZN

Kupe - təxminən 35.32 AZN

SV (lüks) - təxminən 58.43 AZN

Bu tariflər 2017-ci ildə endirimdən sonra tətbiq olunmuşdu. Hazırda qiymətlərin necə formalaşacağı ilə bağlı isə Bakı-Qazax qatar biletlərinin qiyməti ilə müqayisə apararaq, 10-20 AZN baha ola biləcəyini demək mümkündür.

2019-cu ildə Bakı-Ağstafa istiqamətində işləyən köhnə sürət qatarında bilet qiymətləri kupe üçün 14 AZN, SV (lüks) - 25 AZN idisə hazırda standart 16-18 AZN, standart+ sinfi 20-24 AZN,
Biznes sinfi 33-38 AZN, birinci sinif isə 45-55 AZN təşkil edir.

Xanım Səbuhiqızı

Seçilən
0
5
azia.az

6Mənbələr