AZ

Bakıdan Tiflisə qatarla neçəyə getmək mümkün olacaq?

26 may 2026-cı il tarixindən etibarən Bakı-Tiflis-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə İqtisadiyyat Nazirliyi rəsmi məlumat yayıb.
Bu məlumatların yayılması fonunda qiymətlərin necə olacağı əhali arasında maraq doğurub.
ONN media xəbər verir ki, ADY-dən Bakupost.az-a qiymətlərin hələ müəyyənləşmədiyi bildirilib.
Bakı-Tiflis qatarının sonuncu dəfə 6 il bundan əvvəl işlək olduğunu nəzərə aldıqda, marşrut üzrə qiymətləri xatırlamaq yerinə düşər.
Belə ki, sonuncu dəfə Bakı-Tiflis qatarının qiymətləri aşağıdakı kimi olub:
Plaskart - təxminən 24.54 AZN
Kupe - təxminən 35.32 AZN
SV (lüks) - təxminən 58.43 AZN
Bu tariflər 2017-ci ildə endirimdən sonra tətbiq olunmuşdu. Hazırda qiymətlərin necə formalaşacağı ilə bağlı isə Bakı-Qazax qatar biletlərinin qiyməti ilə müqayisə apararaq, 10-20 AZN baha ola biləcəyini demək mümkündür.
2019-cu ildə Bakı-Ağstafa istiqamətində işləyən köhnə sürət qatarında bilet qiymətləri kupe üçün 14 AZN, SV (lüks) - 25 AZN idisə hazırda standart 16-18 AZN, standart+ sinfi 20-24 AZN,
Biznes sinfi 33-38 AZN, birinci sinif isə 45-55 AZN təşkil edir.

Seçilən
3
5
onn.az

6Mənbələr