AZ

Bakıdan Tiflisə qatar bileti neçəyə olacaq?

 

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi  mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının xidmətinin bərpası barədə rəsmi məlumat yayıb.

 

Bu məlumatların yayılması fonunda qiymətlərin necə olacağı əhali arasında maraq doğurub.

 

Mövzu ilə bağlı Bakupost.az-ın ADY-yə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, hələlik qiymətlər müəyyənləşməyib.

 

Bakı-Tbilisi qatarının sonuncu dəfə 6 il bundan əvvəl işlək olduğunu nəzərə aldıqda, marşrut üzrə qiymətləri xatırlamaq yerinə düşər.

 

Belə ki, sonuncu dəfə Bakı-Tbilisi qatarının qiymətləri aşağıdakı kimi olub:

 

Plaskart - təxminən 24.54 AZN

 

Kupe - təxminən 35.32 AZN

 

SV (lüks) - təxminən 58.43 AZN

 

Bu tariflər 2017-ci ildə endirimdən sonra tətbiq olunmuşdu. Hazırda qiymətlərin necə formalaşacağı ilə bağlı isə Bakı-Qazax qatar biletlərinin qiyməti ilə müqayisə apararaq, 10-20 AZN baha ola biləcəyini demək mümkündür.

 

2019-cu ildə Bakı-Ağstafa istiqamətində işləyən köhnə sürət qatarında bilet qiymətləri kupe üçün 14 AZN, SV (lüks) - 25 AZN idisə hazırda standart 16-18 AZN, standart+ sinfi 20-24 AZN,

Biznes sinfi 33-38 AZN, birinci sinif isə 45-55 AZN təşkil edir.

Tarix: 19 May 2026, 12:53   
Seçilən
10
5
pravda.az

6Mənbələr