AZ

İran İsrailə qarşı 100-dən çox dron buraxıb, Netanyahu ölkəni tərk edib

İran İsrailə  100-dən çox pilotsuz uçuş aparatı (PUA) göndərib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF/CAHAL) sözçüsü Efi Defrin məlumat verib.

Onun sözlərinə görə, dronların İsrail hava məkanına çatması bir neçə saat çəkəcək və ordu onların vurulmasına hazırdır.

İsrail tərəfi də İranda yerləşən obyektlərə qarşı genişmiqyaslı hava hücumu həyata keçirdiyini təsdiqləyib. Əməliyyatda 200-dən çox hərbi təyyarə iştirak edib, 100-dən çox hədəfə 300-ə yaxın zərbə endirilib. Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri və bir sıra nüvə mütəxəssislərinin öldüyü bildirilib.

İsrailin rəsmi mövqeyinə görə, bu hücumlara səbəb İranın nüvə proqramında irəliləyişi, minlərlə ballistik raketə malik olması və regionda silahlı qruplaşmalara dəstək verməsidir.

Baş nazir Benyamin Netanyahu həm ivrit, həm də ingilis dillərində xalqa müraciət edərək, İranın doqquz nüvə bombası üçün kifayət qədər uran topladığını və üç il ərzində 10 000 ballistik raket istehsal etməyi planlaşdırdığını deyib.

O, israilliləri uzunmüddətli sığınacaq şəraitinə hazır olmağa çağırıb.

İsrail mediası bildirir ki, Netanyahu və prezidentin istifadə etdiyi “Knaf Tsion” adlı hökumət təyyarəsi bu səhər ölkəni tərk edib. Təyyarənin haraya uçduğu açıqlanmayıb.

N.Təbrizli

Seçilən
16
50
anews.az

10Mənbələr