AZ

Irana zərbələrdə İsrail Ordusunun 200-dən çox təyyarəsi iştirak edib – 100-dən çox hədəf vurulub – 100-dən çox hədəf vurulub

 

İsrail ordusunun sözçüsü briqada generalı Effie Defrin bu gün səhər saatlarında keçirdiyi mətbuat konfransında bildirib ki İrana hücum əməliyyatında İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox təyyarə iştirak edib.

 

Missiya. Az xarici meüdiaya istinadən xəbər verir ki, Defrin əməliyyatın ilkin nəticələrini də açıqlayıb. Onun  sözlərinə görə, döyüş təyyarələri zərbələr zamanı 330-dan çox sursat ataraq 100-dən çox hədəfi vurublar .

 

Defrin həmçinin təsdiqləyib ki, İsrailin zərbələri nəticəsində İran Ordusunun komandanlarından olan  Məhəmməd Baqiri, SEPAH-ın baş komandanı Hüseyn Salami və Hatəm əl-Ənbiya Mərkəzi Komandanlığının rəisi Qulam Əli Rəşid də daxil olmaqla bir neçə yüksək səviyyəli İran rəsmisi həlak olub.

 

O əlavə edib ki, digər məmurlar da öldürülüb.

 

Elcan

Missiya.Az

Seçilən
8
1
missiya.az

10Mənbələr