AZ

Brentueyt “Everton”da qalır

“Everton”un mərkəz müdafiəçisi Carrəd Brentueyt klubda qalmağa qərar verib. 

90deqiqe.Az-ın məlumatına görə, tərəflər artıq şərtlər üzərində razılığa gəlib və yeni müqavilə 2030-cu ilin iyun ayına qədər qüvvədə olacaq.

23 yaşlı futbolçu 2020-ci ildə “Everton”a transfer olunduqdan sonra komandanın müdafiə sistemində əsas fiqurlardan birinə çevrilib. O, 2024/25 mövsümündə Premyer Liqada 33 matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda Brentueytin klubla olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulur. Lakin “Everton” rəhbərliyi müdafiə xəttində ən stabil çıxış edən oyunçularından birini daha uzun müddət komandada saxlamaq niyyətindədir.

Seçilən
49
4
90deqiqe.az

10Mənbələr