O, qeyd edib ki, Daxili İşlər Nazirliyi hüquq-mühafizə orqanları ilə çiyin-çiyinə müasir müstəqil Azərbaycanın dövlətçiliyi yolunda çox uğurlu və inamlı fəaliyyət həyata keçirir. Xüsusilə, ölkəmizdə ictimai təhlükəsizliyin təmin olunması sahəsində polisin xidmətləri böyükdür. QHT sədri kiber cinayətkarlığa qarşı mübarizədən narkomaniyaya, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə qədər bir çox sahədə görülən tədbirləri yüksək qiymətləndirib:
"Bu xidmətlər əlbəttə ki, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və mən düşünürəm ki, bu cür səmərəli və effektiv fəaliyyətin daha da gücləndirilməsi üçün, daha səmərəli və effektiv həyata keçirilməsi üçün bütün dövlət qurumları, o cümlədən ictimaiyyətlə, vətəndaş cəmiyyəti ilə Daxili İşlər Nazirliyi daha geniş və sıx əməkdaşlıq etməlidir. Bütün bu fəaliyyətlər hamısı koordinasiyalı şəkildə həyata keçirilsə, düşünürəm ki, o daha çox effekt və səmərə verə bilər. Bu illər ərzində biz də Daxili İşlər Nazirliyinin İctimai Şurası olaraq bir çox fəaliyyətlər həyata keçirdik, bir çox tədbirlərə imza atdıq və düşünürük ki, çox doğru etdik. Bu fəaliyyətin də effekti oldu, həmçinin Daxili İşlər Nazirliyinin fəaliyyətinin ictimailəşdirilməsi nöqteyi nəzərindən, eyni zamanda bir çox sahələrdə, o cümlədən ictimai təhlükəsizliyin təmin olunması, bütövlükdə xalqımızın, dövlətimizin ictimai asayişinin təmin olunması yolunda çox faydalı əməkdaşlıq oldu. Biz də bir çox faydalar verə bildik. Təbii ki, Daxili İşlər Nazirliyi də öz növbəsində İctimai Şuranın işinin təşkil olunması, ona ofis yerinin ayrılması, fəaliyyəti ilə əlaqədar olaraq nə imkan varsa, o şəraəti yaratdı".
10Mənbələr
-
demokrat.az"Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün abidələri bərpa edir" ( 18973780)
-
demokrat.az"İnsanlar çimərlik üçün ödəniş edirsə, təmizliyə cavabdeh olmaq lazımdır" — Adil Qeybulla ( 18860932)
-
demokrat.azRauf Zeyni: "Azərbaycan polisi müstəqil dövlətçiliyimizin qorunmasında böyük rol oynayır" ( 18854617)
-
demokrat.azTürkiyənin Azərbaycandakı sabiq səfiri: "Şərlə dolu əllərinizi azərbaycanlı miqrantlardan çəkin" ( 18787621)
-
report.azRamin Məmmədov Almaniyanın Dini Azadlıq üzrə komissarı ilə görüşüb ( 18663703)
-
moderator.azAzərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb - FOTO ( 18635260)
-
bakivaxti.azAzərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşdü ( 18635239)
-
teleqraf.comAzərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşdü ( 18634312)
-
turkic.worldAzərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb ( 18627151)
-
az.trend.azAzərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb (FOTO) ( 18626434)