"Atletiko Madrid" "Atalanta"nın hücumçusu Ademola Lukmanı transfer etməyə hazırlaşır.
Operativ Media xəbər verir ki, bu haqda "Football Italia" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Atalanta" 27 yaşlı nigeriyalının transferi üçün 50 milyon avro istəyib. Daha əvvəl futbolçu ilə "Arsenal" maraqlanırdı.
2024/2025 mövsümündə 27 yaşlı Lukman 39 oyun keçirib, 20 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
"Transfermarkt" futbolçunun transfer dəyərini 60 milyon avro qiymətləndirir.