Goranboy, 20 iyul. TELEQRAF
Goranboy rayonunda 14 yaşlı yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsindən 2011-ci il təvəllüdlü Nurlan Əliyev müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma başlanılıb.