AZ

33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu

Avqustun 15-də Misli Premyer Liqasının 2025/26 mövsümü start götürəcək.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir. Ötən mövsümdə 2-ci Liqada çıxış edən “Şahdağ Qusar”ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb.

Onun kimi Mahmud Qurbanov da “400” səddini keçib. O, 421 oyunda iştirak edib.

İlk “üçlüy”ü Rəşad Sadiqov qapayır. Onun hesabında 392 görüş var.

Ötən mövsümdə Premyer Liqada meydana çıxanlar arasında rekordçu Qara Qarayevdir. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Əmirquliyevin rekordundan 100 oyun geri qalır. “Qəbələ” ilə Premyer Liqaya yüksələn Asif Məmmədov ümumi siyahıda 4-cü yerə şərikdir. 

33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu

Seçilən
25
5
idmanxeber.az

10Mənbələr