AZ

"Sabah"ın avrokuboklarda rəqibi Fransa komandası oldu

UEFA Gənclər Liqasının 2025/26 mövsümünün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, son Azərbaycan çempionu “Sabah” liqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

Komandamız bu mərhələdə Fransanın “Nant” klubu ilə qarşılaşacaq.

“Sabah” ilk matçını səfərdə keçirəcək. Bu mərhələnin ilk oyunlarının oktyabrın 22-də, cavab görüşlərinin isə noyabrın 5-də keçirilməsi nəzərdə tutulub.

“Nant” - “Sabah” cütünün qalibi üçüncü təsnifat mərhələsində “Austria” (Vyana, Avstriya) - “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Seçilən
58
10
sportinfo.az

10Mənbələr