Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Paytaxtın Sabunçu rayonunda talama cinayətləri qeydə alınıb. Sabunçu qəsəbə sakininə məxsus evdən 3780 manat dəyərində təmir-tikinti alətləri, Maştağa qəsəbəsində isə bir avtomobildən 300 manat pul oğurlanıb.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı R.Nağıyev və 38 yaşlı Ə.Mürsəlbəyov saxlanılıblar.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Hurriyyet.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.