AZ

Antoni Marsyal Meksika klubuna keçdi

Futbol üzrə Fransa milli komandasının hücumçusu Antoni Marsyal bundan sonra karyerasını Meksika çempionatında davam etdirəcək.

Arena.az xəbər verir ki, Yunanıstanın AEK klubunda çıxış edən 29 yaşlı forvard “Monterrey” klubuna keçib.

O, burada “Real” və PSJ-nin sabiq müdafiəçisi Serxio Ramosla birgə oynayacaq. Meksikalılar bu transfer üçün AEK klubuna 3,85 milyon avro ödəyiblər. Futbolçu “Monterrey”lə 2 illik müqavilə imzalayıb. Sözləşmədə müddətin əlavə bir mövsüm uzadılma imkanı da nəzərdə tutulub.

Antoni Marsyal 2024-cü ilin yayında İngiltərənin “Mançester Yunayted” klubundan azad agent kimi ayrılaraq Yunanıstan təmsilçisi AEK-ə keçmişdi. 29 yaşlı futbolçunun bu klubla 2027-ci ilin 30 iyununa qədər müqaviləsi mövcud idi.

Marsyal Lion “Olimpik”inin yetirməsidir. Fransalı hücumçu karyerası ərzində “Monako”, “Sevilya” və “Mançester Yunayted”də də çıxış edib.

Antoni 2015-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 30 oyuna 2 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib. Hücumçu “xoruzlarla” UEFA Millətlər Liqasını qazanıb (2021).

Marsyal “Mançester Yunayted”lə İngiltərə Kubokunun, 2 dəfə İngiltərə Liqa Kubokunun, İngiltər Super Kubokunun və Avropa Liqasının qalibi olub. O, Fransa yığmasının heyətində də 2021-ci ildə UEFA Millətlər Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 7,5 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Seçilən
49
1
arena.az

10Mənbələr