AZ

Premyer Liqa: “Şamaxı” “Karvan”a, “Neftçi” “Sabah”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 4-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Öncə, “Şamaxı” doğma meydanda “Karvan”la münasibətlərinə aydınlıq gətirəcək. Əyalət təmsilçilərinin görüşünü Fərid Hacıyev idarə edəcək.

Turun qapanış matçında isə iki paytaxt təmsilçisi – “Neftçi” və “Sabah” qarşılaşacaqlar. “Neftçi Arena”dakı oyunda İnqilab Məmmədov söz sahibi olacaq.

Premyer Liqa
4-cü tur

12 sentyabr

“Kəpəz” – “Araz-Naxçıvan” 0:2
Qollar: Slavik Alxasov, 65. Bar Kohen, 86.
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 17:45.

“Qarabağ” – “Zirə” 1:1
Qollar: Kadi Borges, 81 – Ruan Renato, 39-pen.
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azərsun Arena”, 20:00.

13 sentyabr

“İmişli” – “Sumqayıt” 1:0
Qol: Mehdi Cənnətov, 72-öz qapısına.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Turan Tovuz” – “Qəbələ” 1:0
Qol: Aleks Souza, 54.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “Azərsun Arena”, 19:00.

14 sentyabr

“Şamaxı” – “Karvan”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı şəhər stadionu, 16:30.

“Neftçi” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Neftçi Arena”, 19:00.

error: Məzmun qorunur!
Seçilən
27
23
arena.az

10Mənbələr