AZ

Talassemiya xəstələrinə dələduzluq edənlərin şikayəti rədd olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Apellyasiya Məhkəməsində talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova və Aysel Məmmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə keçirilən məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, şikayət təmin olunmayıb. Zərərçəkən Aysel Abdullayeva və Kamil Əhmədovun şikayətləri isə qismən təmin olunub. Məhkəmə Aysel Abdullayevaya dəymiş mənəvi ziyana görə 1 000 manat, Kamil Əhmədova isə 800 manat vəsait ödənilməsi ilə bağlı qərar verib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nuridə Seyidova 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay, Aysel Məmmədova 6 il 6 ay, Aynur Bayramova isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Məhkəmənin gedişində isə Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Samir Əli
Seçilən
26
14
oxu.az

10Mənbələr