AZ

İtkinlərlə bağlı beynəlxalq konfrans iştirakçılarının Zəngilana səfəri başlayıb - VİDEO - FOTO

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans iştirakçılarının Zəngilana səfəri başlayıb.

APA-nın yerli müxbiri xəbər verir ki, konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində işğaldan azad olunmuş Zəngilan rayonuna gəliblər.

Konfrans iştirakçıları Zəngilan rayonuna səfəri zamanı yenidən qurulan Ağalı kənd mərkəzindəki "ZƏFƏR" abidəsini ziyarət edib.

Səfər iştirakçılarının Zəngilan rayonu Ağalı və Məmmədbəyli kəndlərində əhalinin qayıdışı üçün yaradılan şəraitlə tanış olduqdan sonra Zəngilan şəhər mərkəzində Məscid və Konqres mərkəzində yaradılan şəraitlə də tanış olacaqları nəzərdə tutulub.

Qeyd edək ki, ötən gün konfrans iştirakçıları Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində aşkarlanan kütləvi məzarlıqda olub, daha sonra Şuşa şəhərinə səfər ediblər.

İtkinlərlə İtkinlərlə İtkinlərlə İtkinlərlə İtkinlərlə
Seçilən
32
50
apa.az

10Mənbələr