Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 2-ci turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, bütün matçlar eyni gündə baş tutub.
Türkiyə təmsilçisi “Samsunspor” doğma meydanda Ukraynanın “Dinamo” (Kiyev) kollektivi ilə qarşılaşıb və 3 cavabsız qola sevinib.
“Fiorentina” (İtaliya) da səfərdə Avstriya “Rapid”i ilə dueldən 3 cavabsız qolla qalib ayrılıb.
Xatırladaq ki, Konfrans Liqasında 3-cü turun oyunları noyabrın 6-da keçiriləcək.
Konfrans Liqası
Liqa mərhələsi, 2-ci tur
23 oktyabr
Alkmar (Niderland) – Slovan (Slovakiya) 1:0
Şaxtyor (Donetsk, Ukrayna) – Legiya (Polşa) 1:2
Rapid (Avstriya) – Fiorentina (İtaliya) 0:3
Strasburq (Fransa) – Yagelloniya (Polşa) 1:1
Riyeka (Xorvatiya) – Sparta (Çexiya) 0:0 (yarıda qalıb)
AEK (Yunanıstan) – Aberdin (Şotlandiya) 6:0
Drita (Kosovo) – Omoniya (Kipr) 1:1
Breydablik (İslandiya) – KuPS (Finlandiya) 0:0
Şkendiya (Şimali Makedoniya) – Şelburn (İrlandiya) 1:0
Hakken (İsveç) – Rayo Valyekano (İspaniya) 2:2
Kristal Pelas (İngiltərə) – AEK (Larnaka, Kipr) 0:1
Şemrok Rovers (İrlandiya) – Çelye (Sloveniya) 0:2
Maynts (Almaniya) – Zrinski (Bosniya və Herseqovina) 1:0
Linkoln (Cəbəllütariq) – Lex (Polşa) 2:1
Siqma (Çexiya) – Rakuv (Polşa) 1:1
Samsunspor (Türkiyə) – Dinamo (Kiyev, Ukrayna) 3:0
Universitatya (Kluj, Rumıniya) – Noa (Ermənistan) 1:1
Hamrun (Malta) – Lozanna (İsveçrə) 0:1

