17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Moldovanın paytaxtı Kişinyov şəhərində yerləşən “Zimbru 2” stadionunda keçirilmiş görüş Uels seçməsinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 millimiz qrupda ikinci görüşünü oktyabrın 27-də Kosovo yığmasına qarşı keçirəcək. Son sınaq isə meydan sahibi Moldova yığması ilə olacaq.
Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 1-ci qrup
24 oktyabr
Uels – Azərbaycan 7:0
Baş hakim: Uqne Şmitayte (Litva).
Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ana Bahcivanyi (Moldova).
Dördüncü hakim: Oleq Stoyanov (Moldova).
Kişinyov. “Zimbru 2” stadionu. Saat 15:00.

