AZ

Premyer Liqa: “Karvan” “Turan Tovuz”a da uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “Karvan” ev oyunlarını keçirdiyi Şamaxıda “Turan Tovuz”la qarşılaşıb.

Elvin Bayramovun idarə etdiyi oyunda qapılara 3 qol vurulub. Hesabı “Karvan” açsa da, “Turan Tovuz” buraxdığı qolun əvəzini artıqlaması ilə çıxmağı bacarıb.

Günün digər oyunu “Kəpəz”lə “İmişli” arasında keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq bu görüşün baş hakimi isə Kamal Umudlu olacaq.

9-cu turun qalan oyunları oktyabrın 25-də və 26-da baş tutacaq.

Premyer Liqa
9-cu tur

24 oktyabr

“Karvan” – “Turan Tovuz” 1:2
Qollar: Şakil Sno, 69 – Alexandro Serrano, 71. Roberto Olabe, 77.
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu, 14:30.

Karvan: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 18. Süleyman Əhmədov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 21. İmani Barker.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 12. Vitor Roşa, 37. Mois Nqvisani, 3. Said İranxan, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Azər Həşimov.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 99. İbrahima Vadji.
Baş məşqçi: Kurban Berdıyev.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
10
18
arena.az

10Mənbələr