AZ

Rafael Benites Yunanıstan klubunda - Rəsmi

İspaniyanın tanınmış futbol mütəxəssislərindən olan Rafael Benites Yunanıstanın “Panatinaikos” komandasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmır. O, bu postda ötən ay istefaya göndərilmiş Ruy Vitoriyanı əvəz edib. Portuqaliyalı mütəxəssis 2024-cü ilin oktyabrından rəhbərlik etdiyi bu komandanı 43 matça çıxarmışdı. Onun istefasından sonra “Panatinaikos”a müvəqqəti olaraq Xristos Kontis rəhbərlik edirdi.

Benitesə gəlincə, 65 yaşlı mütəxəssisin sonuncu iş yeri 2024-cü ilin mart ayında ayrıldığı “Selta” olub. Benites “Selta”nı 2023-cü ilin iyun ayında qəbul etmişdi. “Rafa” “Selta”nı 33 oyuna çıxarıb, 9 qələbə və 9 heç-heçə, həmçinin 15 məğlubiyyət yaşayıb.

Rafael Benites əvvəllər “Real”, “Valensiya”, “İnter”, “Liverpul”, “Napoli” kimi sanballı komandaları çalışdırıb. “Rafa” 2005-ci ildə “Liverpul”la UEFA Çempionlar Liqasının qalibi olub. İspan mütəxəssis “Valyadolid”, “Osasuna”, “Estremadura”, “Tenerife”, “Nyukasl”, “Dalian” və “Everton”da da baş məşqçilik edib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
18
2
arena.az

10Mənbələr