AZ

“Qarabağ”ın rəqibində Liam Delap sevinci

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Çelsi”nin hücumçusu Liam Delap məşqləri bərpa edib və tezliklə meydana qayıdacaq.

Arena.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Entso Mareska bildirib.

Onın sözlərinə görə, 22 yaşlı futbolçunun oktyabrın 29-da “Vulverhempton”a qarşı Liqa Kubokunun görüşündə oynamaq şansı var.

Xatırladaq ki, Delap avqustun 30-da “Fulhem”ə qarşı Premyer Liqa matçının ilk hissəsində zədələnmişdi.

Liam Delap “Mançester Siti”nin məzunudur. Hücumçu, karpyerası ərzində “Stok Siti”, “Preston Nort End”, “Hall Siti” və “İpsviç Taun”da oynayıb.

Delap cari mövsümdə “Çelsi” üçün cəmi 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Liam İngiltərənin U-15, U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarına dəvət alsa da, “üç şir”in əsas heyətinə hələ cəlb edilməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis mərkəz hücumçusunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
10
5
arena.az

10Mənbələr