“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 9-cu turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Tovuz və Yevlax təmsilçilərinin bu gün Şamaxıda baş tutmuş görüşü “Turan Tovuz”un 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox çətin oyun oldu. “Karvan”ın əks-hücumlarda təhlükəli olduğunu bilirdik. Təəssüf ki, onlardan biri qolla nəticələndi. Uşaqlara geridönüş edə bildikləri üçün təşəkkür edirəm.
Komandanın oyunu məni tam olaraq qane etmədi. Səhvlərimiz üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi.
Rəhim Sadıxov bu matçdan öncə yaxşı məşqlər etmişdi. Ümumiyyətlə, keçən oyunda da yaxşı çıxış etmişdi, ona görə də, seçimimiz onun üzərində oldu”.

