AZ

Bakıdakı dünya çempionatının tarixi dəyişdirildi

Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının tarixi dəyişdirilib.

Arena.az bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən məlumat verir.

Yeni qərara əsasən, böyüklər arasında təşkil olunacaq bu mundial 2026-cı il oktyabrın 4-11-i aralığında baş tutacaq. Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir.

Fərdi mübarizələr oktyabrın 4–10-da, qarışıq komanda yarışları isə 11-də keçiriləcək.

Bakı bu nüfuzlu yarışa ikinci dəfə ev sahibliyi edəcək. Azərbaycan paytaxtında ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə təşkil olunmuşdu.

Xatırladaq ki, daha əvvəl mundialın iyulun 9-16-sı aralığında təşkili planlaşdırılmışdı.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
23
1
arena.az

10Mənbələr