AZ

Raul və Fiqodan “el klasiko” ilə bağlı proqnoz

“Real”ın sabiq hücumçusu Raul Qonsales İspaniya La Liqasının 10-cu turunun “Real” – “Barselona” oyunundan gözləntisini açıqlayıb.

Arena.az ispaniyalı veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Komandaların bu oyuna hansı vəziyyətdə yaxınlaşmaları vacib deyil – bu, həmişə xüsusi oyundur. Fikrimcə, “Real” azacıq üstünlüyə malikdir, belə ki, evdə oynayacaq və azarkeşlərinin dəstəyinə malik olacaq. Bu, əla futbolçulara malik iki görkəmli komandanın görüşü olacaq, deyə Raul vurğulayıb.

Poruqaliya futbolunun əfsanəsi Luis Fiqo da “el klasiko”dan gözləntisini açıqlayıb:

“Real” evdə oynayır, bu isə həmişə əhəmiyyət kəsb edir. Bundan başqa, qollarla müşayiət ediləcək yaxşı və baxımlı oyun olacaq. Əgər “Real” ötən mövsüm baş vermişlərə köklənsə, onlar bunu ilham mənbəyi kimi istifadə edəcəklər”, deyə Fiqo vurğulayıb.

Xatırladaq ki, yeni mövsümün ilk “El-Klasiko”su oktyabrın 26-da keçiriləcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
12
2
arena.az

10Mənbələr