AZ

️Kazanda fövqəladə hadisə - hərbi komendantlığa məxsus avtomobilə hücum edildi

Kazan şəhərində hərbi komendantlıq avtomobilinə hücum – bir əməkdaş girov götürüldü

Kazan şəhərində axşam saatlarında hərbi komendantlığa məxsus avtomobilə hücum edilib.

Musavat.com xəbər verir ki, hadisə zamanı naməlum şəxslər avtomobildə olan hərbi xidmətdən yayınanı (bəzi mənbələrə görə, çağırışçını) azad edərək, komendantlıq əməkdaşlarından birini girov götürüblər.

İnsident Tatarıstan paytaxtında baş verib. Komendantlığa məxsus avtomobil işıqforda dayanarkən, hücum edənlər arxa qapını açaraq içəridə olan şəxsi öz maşınlarına mindiriblər. Hücum zamanı avtomobildəki əməkdaşlardan biri də qaçırılıb.

Hadisə ilə əlaqədar şəhərdə “Perexvat” (təqib və axtarış) planı elan olunub. Rəsmi qurumlar bildiriblər ki, hadisənin Rusiya Cəzaçəkmə Xidməti (FSİN) ilə heç bir əlaqəsi yoxdur, baxmayaraq ki, sosial şəbəkələrdə əvvəlcə hücumun bu qurumun müşayiət etdiyi konvoya edildiyi iddia olunmuşdu.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır, şəhərdə xüsusi əməliyyat tədbirləri davam edir. 

 

Musavat.com

Seçilən
138
37
musavat.com

10Mənbələr