AZ

Premyer Liqa: “Mançester Siti” və “Vest Hem” 3:1-ə sevindilər

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

“Vest Hem” doğma meydanda “Nyukasl”la, “Mançester Siti” isə “Bornmut”la qarşılaşıb. Dörd qolun vurulduğu hər iki oyunda meydan sahibləri eyni hesabla (3:1) qələbə qazanıblar.

10-cu tura noyabrın 3-də keçiriləcək “Sanderlend” – “Everton” matçı ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
10-cu tur

1 noyabr

Brayton – Lids 3:0
Qollar: Uelbek, 11. D.Qomes, 64; 70.

Tottenhem – Çelsi 0:1
Qol: J.Pedro, 34.

Börnli – Arsenal 0:2
Qollar: Dyökereş, 14. D.Rays, 35.

Kristal Pelas – Brentford 2:0
Qollar: Mateta, 30. N.Kollinz, 51-öz qapısına.

Fulhem – Vulverhempton 3:0
Qollar: Sessenyon, 9. H.Uilson, 62. Moskera, 75-öz qapısına.

Nottingem Forest – Mançester Yunayted 2:2
Qollar: Gibbs-Uayt, 48. Savona, 50 – Kazemiro, 34. A.Diallo, 81.

Liverpul – Aston Villa – 2:0
Qollar: Salah, 45+1. Qravenberx, 58.

2 noyabr

Vest Hem – Nyukasl 3:1
Qollar: Paketa, 35. Botman, 45+5-öz qapısına. Souçek, 90+7 – Mörfi, 4.

Mançester Siti – Bornmut 3:1
Qollar: Haland, 17; 33. Orayli, 60 – T.Adams, 25.

3 noyabr

00:00. Sanderlend – Everton

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
30
15
arena.az

10Mənbələr