Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.
“Alanyaspor” – “Qaziantep” matçında qapılara qol vurulmayıb. “Eyüpspor” evdə “Antalyaspor”a minimal hesabla uduzub. “Rizəspor” da “Karagümrük”ü oxşar hesabla üstələyib.
Beləliklə, geridə qalmış 11 turdan sonra 29 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 25 xalla ikinci, “Trabzonspor” 24 xalla üçüncü pillədə qərarlaşıb. “Samsunspor”un 20, “Göztəpə”nin 19, “Qaziantep”in 18, “Beşiktaş”ın 17 xalı var.
Türkiyə, Super Liqa
11-ci tur
31 oktyabr
Başakşəhər – Kocaelispor 1:0
Qol: Şomurodov, 90+1-pen.
1 noyabr
Göztəpə – Gənclərbirliyi 1:0
Qol: Juan Santos, 45+1.
Qalatasaray – Trabzonspor 0:0
2 noyabr
Konyaspor – Samsunspor 1:3
Qollar: U.Nayir, 59 – Musaba, 5. Ndiaye, 13. Bazor, 57-öz qapısına.
Kayserispor – Kasımpaşa 3:2
Qollar: Soyalp, 11. Densvill, 32 – Vink, 19. Kanatsızkuş, 67.
Beşiktaş – Fənərbağça 2:3
Qollar: Ture, 5. E.Topçu, 22 – İ.Yüksək, 32. Asensio, 45+3. C.Duran, 83.
3 noyabr
Alanyaspor – Qaziantep 0:0
Eyüpspor – Antalyaspor 0:1
Qol: Y.Boli, 75.
Rizəspor – Karagümrük 1:0
Qol: Moçi, 83.

