AZ

UEFA “Qarabağ”ın bir rəqibini cərimələdi, digərinə xəbərdarlıq etdi – ARENA.AZ

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəyi Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası cərimələnib.

Arena.az xəbər verir ki, bu barədə Avropa futbol qurumu qərar çıxarıb.

Buna Frankfurt təmsilçisinin evdə İngiltərənin “Liverpul” komandasına uduzduğu matçda yaşananlar səbəb olub.

Bundesliqa klubu ümumilikdə 39250 avro ödəməli olacaq. “Ayntraxt” sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 11000, pirotexniki vasitələrdən istifadəyə görə 10750, idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görə 17500 avro ziyana düşüb.

Qeyd edək ki, qarşılaşma Frankfurt klubunun 1:5 hesablı məğlubiyyəti ilə bitib. Almaniya komandası “Qarabağ”la 2026-cı il, yanvarın 21-də Bakıda üz-üzə gələcək.

UEFA İtaliyanın “Napoli” klubuna da xəbərdarlıq edib. Buna Neapol təmsilçisinin Niderlandda PSV-yə uduzduqları (2:6) Çempionlar Liqasının əsas mərhələsinin oyununda yaşananlar səbəb olub.

“Napoli”nin baş məşqçisi Antonio Konte sözügedən qarşılaşmada əxlaqi davranışın əsas qaydalarını pozmaqda ittiham edilib. İtaliya çempionu buna görə xəbərdarlıq alıb.

Xatırladaq ki, “Napoli” Çempionlar Liqasındakı növbəti matçını noyabrın 25-də məhz “Qarabağ”a qarşı keçirəcək.

Seçilən
7
7
arena.az

10Mənbələr