AZ

Qurban Qurbanov: “Napoli” ilə oyundan razı qaldım” – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Napoli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və İtaliya çempionları bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində Neapolda üz-üzə gəliblər.

“Qarabağ” bu görüşdən 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında qarşılaşmanı belə dəyərləndirib:

“Komandamızın oyunundan razı qaldım. Məğlub olmağımıza baxmayaraq, futbolçularımız çəkinmədilər, sona kimi mübarizə apardılar və cəsarətli oyun göstərdilər. Qarşımızda keyfiyyətli futbolçuları olan komanda var idi. Belə rəqiblə sona kimi vuruşduq. Belə də davam etməliyik. Bu turnirdə keçirdiyimiz hər oyundan həzz almalı və böyümək üçün inamlı çıxış etməliyik.

Hər şey düşündüyümüz kimi idi. İlk qoldan öncə oyunçu dəyişikliyi edəndə 5-li müdafiədən 4-lüyə keçiddə bir az çətinlik yaşadıq. Həmin vaxt da oyunun taleyi həll olundu. Bəsit qollar buraxdıq. İrad bildirəsi epizodlar deyildi.

Gərgin keçən oyunlarda düşünülməmiş əvəzetmələr bir az problem yarada bilər. Təbii ki, Kevin Medinanın sonadək oyunda olması digər futbolçulara da müsbət təsir göstərə bilərdi”.

Seçilən
6
20
arena.az

10Mənbələr