AZ

Mark Rutte: “Ukraynadakı münaqişə 2025-ci ilin sonunadək həll oluna bilər”

NATO-nun baş katibi Mark Rutte Ukraynadakı müharibənin 2025-ci ilin sonuna qədər başa çatdırılmasının mümkün olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o, İspaniyanın El País nəşrinə müsahibəsində Cenevrə danışıqlarından sonra prosesin davamı üçün həm yeni görüşlərə, həm də müəyyən məsələlər üzrə Aİ və NATO ilə paralel müzakirələrə ehtiyac olduğunu deyib.

Ukraynadakı münaqişənin bu ilin sonunadək bitə biləcəyi ilə bağlı suala isə Rutte qısa şəkildə “Əlbəttə” cavabını verib.

Baş katib qeyd edib ki, sülh planı Rusiyanın Avropa üçün uzunmüddətli təhlükə kimi qiymətləndirilməsini dəyişmir.

Rutte ABŞ-dən PURL proqramı çərçivəsində silah alınması məsələsini şərh edərək bildirib ki, Avropa ölkələri son illərdə böyük töhfələr versə də, yalnız ABŞ-ın təqdim edə biləcəyi xüsusi imkanlar mövcuddur.

Onun sözlərinə görə, Prezident Donald Tramp bu silahların Kanada və Avropa tərəfindən maliyyələşdirilməsinə zəmanət verib. Ukrayna hazırda ayda təxminən 1 milyard dollar dəyərində silah alır və bu məbləğin ilin sonunadək 5 milyard dollara çatacağı gözlənilir.

Rutte xatırladıb ki, alyansın Vaşinqton sammitində “Ukraynanın NATO-ya gedən yolunun dönməz olduğu” vurğulanıb. Bununla belə, o qeyd edib ki, ABŞ daxil olmaqla bir sıra müttəfiqlər hələlik Ukraynanın üzvlüyünə qarşı çıxırlar.

Baş katib əlavə edib ki, 1949-cu il Vaşinqton Müqaviləsi istənilən Avro-Atlantik ölkəsinə NATO-ya qoşulmaq imkanı yaradır, lakin üzvlük yalnız bütün müttəfiqlərin yekdil razılığı ilə mümkündür.

Seçilən
29
37
operativmm.az

10Mənbələr