Rusiya Federasiyasına məxsus və bitki yağı daşıyan "Midvolqa 2" tankerinə Qara dənizdə hücum edilib.
ONN media xəbər verir ki, Sankt-Peterburqun Böyük Limanına qeydiyyatda olan və Rusiya bayrağı altında üzən gəmi Gürcüstana yollanırmış. Hadisə Türkiyə sahillərindən təxminən 80 mil (148 km) məsafədə baş verib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, tankerin göyərtəsində 13 heyət üzvü olub. Onlardan heç biri xəsarət almayıb və yardım istəməyib. Hücumdan sonra gəmi müstəqil şəkildə Sinop limanına doğru hərəkət edib.
Ötən həftə Türkiyə sahilləri yaxınlığında Qambiya bayrağı altında üzən və Rusiyaya yollanan iki neft tankeri – "Kairos" və "Virat" – hücuma məruz qalıb. Üstəlik, "Virat "gəmisi iki dəfə zərbə alıb. Rəsmi məlumatlarda qeyd olunurdu ki, hər iki gəmi xarici təsirə məruz qalıb.
Hücumlara görə məsuliyyəti Ukraynanın Təhlükəsizlik Xidməti və ölkənin Hərbi Dəniz Qüvvələri öz üzərinə götürüb. Gəmilər uzaq məsafə qət edə bilən pilotsuz dəniz aparatları – "Sea Baby" ilə vurulub. Hücumda ən azı beş belə aparat iştirak edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta