AZ

Konqo Demokratik Respublikası və Ruanda ABŞ-də sülh müqaviləsi imzalayıblar

Bakı. Trend:

Konqo Demokratik Respublikası və Ruanda prezidentləri FeliksÇisekedi və Pol Kaqame Vaşinqtonda iki ölkə arasındakı münaqişəninsülh yolu ilə həlli üçün saziş imzalayıblar.

Trend-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp davasitəçi kimi çıxış edərək müqaviləni imzalayıb.

"Bu, çox əla bir gündür, ABŞ, dünya və bu iki ölkə üçün əla birgündür", - deyə D.Tramp sənədin imzalanmasından əvvəl bildirib.

Saziş rəsmi olaraq "KDR və Ruanda prezidentləri Feliks Tşisekedivə Pol Kaqame arasında Sülh və Rifah naminə Vaşinqton Sazişləri"adlanır. Hazırkı müqavilə bu ilin iyun ayında Ruanda ilə KonqoDemokratik Respublikası arasında imzalanmış müqavilənikonkretləşdirir.

Tramp həmçinin Vaşinqton və Amerika şirkətlərinə regionda nadirtorpaq metallarına çıxış imkanı verəcək ikitərəfli müqavilələrimzalamaq niyyətində olduğunu açıqlayıb.

Seçilən
78
13
az.trend.az

10Mənbələr