AZ

Tramp: "Ukraynada seçki keçirməyin vaxtı çatıb"

"Ukraynada prezident seçkiləri keçirməyin vaxtı çatıb".

 ABŞ Prezidenti Donald Tramp "Politico"nun suallarını cavablandırarkən belə deyib.

"Düşünürəm ki, Ukraynada seçki keçirməyin tam zamanıdır. Onlar bundan qaçmaq üçün müharibədən istifadə edirlər. Amma fikrimcə, Ukrayna xalqının belə bir seçkisi olmalıdır", - ABŞ lideri bəyan edib.

Onun sözlərinə görə, Rusiyanın danışıqlardakı mövqeyi Ukraynanınkından güclüdür: "Ukrayna münaqişədə çoxlu ərazi itirərək uduzmaqdadır".

D.Tramp vurğulayıb ki, Ukraynanın NATO-ya daxil olmayacağı barədə təsəvvürlər çoxdan mövcud idi.

ABŞ prezidenti eyni zamanda Avropa İttifaqını tənqid edib və deyib ki, onlar yalnız danışmaqla məşğuldurlar, münaqişəni həll etmək üçün heç bir iş görmürlər.
Seçilən
51
32
7news.az

10Mənbələr