Futzal üzrə Azərbaycan milli komandasının və “Araz-Naxçıvan”ın üzvü Mirzə Əmirov cərrahiyyə əməliyyatına məruz qalıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, futzalçının “diz qapağı sınığında bitişməyən hissələrin çıxarılması, diz qapağı bağının bərpası” əməliyyatı uğurlu alınıb. Bu gün xəstəxananı tərk edəcək Mirzə Əmirovun 3 aydan sonra komanda ilə birgə məşqlərə başlaya biləcəyi gözlənilir.
Yeri gəlmişkən, futzal üzrə Azərbaycan çempionatının (Yüksək Liqa) 9-cu turundan təxirə salınmış “Araz-Naxçıvan” – U-19 oyununa təyinatlar açıqlanıb. Həmin təyinatlarla sizi də tanış edirik:
Yüksək Liqa
9-cu turun oyunu
18 dekabr
Araz-Naxçıvan – U-19
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 13:00.
