Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan Kubokunun 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsi çərçivəsində “Çerno More” ilə qarşılaşıb.
Səfərdə baş tutmuş bu oyunda “Arda” inamlı qələbəyə sevinib – 3:0. Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub.
Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 69 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.
Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
