AZ

Gəncədə qaldırıcının qırılması nəticəsində üzərinə avtomobil düşən şəxs ölüb

Gəncədə dekabrın 12-də qaldırıcının qırılması nəticəsində üzərinə avtomobil düşən şəxs ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov "VAZ-21011" markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb. Hadisə nəticəsində avtomobil onun üzərinə düşüb və o ölüb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar aparılır.

Seçilən
59
9
bakivaxti.az

10Mənbələr