Gəncədə 72 yaşlı kişi maşının altında qaldı.
Gəncədə yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin S. Qazıyev küçəsində qeydə alınıb.
Belə ki, 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında “VAZ-21011” markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb.
Nəticədə avtomobil onun üzərinə düşüb. 72 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu