AZ

Türkiyədə polisə atəş açan 5 İŞİD üzvü tutuldu

Türkiyənin Yalova vilayətində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat çərçivəsində 5 şübhəli şəxs saxlanılıb.

“Yeni Sabah” CNNTürk-ə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Yılmaz Tunc bildirib.

O deyib ki, fakt üzrə genişmiqyaslı istintaqa başlanılıb və 5 prokuror istintaq araşdırmasına cəlb olunub.

Xatırladaq ki, bu gün Yalovada İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı polislə silahlı şəxslər arasında qarşıdurma baş verib, nəticədə 3 polis şəhid olub, 6 terrorçu zərərsizləşdirilib.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
22
39
yenisabah.az

10Mənbələr