AZ

TƏBİB 11 yaşlı oğlanın ölümünə aydınlıq gətirdi

Salyan şəhərində 11 yaşlı məktəblinin ölümünün səbəbi məlum olub.

"Yeni Sabah" TƏBİB-ə istinadla xəbər verir ki, yanvarın 4-də saat 17:30 radələrində 2015-ci il təvəllüdlü Elcan Nəcəfov ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, yanvarın 5-də 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib.


Telegram kanalımız
Seçilən
60
45
yenisabah.az

10Mənbələr