AZ

Sebastian Şimanski “Fənərbağça”nı Fransa klubuna dəyişdi – ARENA.AZ

Polşa millisinin və Türkiyənin “Fənərbağça” klubunun hücumameyilli yarımmüdafiəçisi Sebastian Şimanski “Renn”ə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisnin mətbuat xidməti məlumat yayıb.

Polşalı futbolçu yeni klubu ilə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. “Fənərbağça” onun satışından 9,5 milyon avro qazanıb.

Xatırladaq ki, “Fənərbağça” Şimanskini 2023-cü ilin yayından Moskva “Dinamo”sundan 10,7 milyon avroya transfer etmişdi. Onun Türkiyə klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi mövcud idi. Polşalı yarımmüdafiəçi “Fənərbağça”nın heyətində keçirdiyi 134 oyunda 22 qol vurub, 30 məhsuldar ötürmə verib.

Sebastian Şimanski “Legiya” (Varşava) klubunun yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb. Yarımmüdafiəçi “Dinamo” (Moskva) və “Feyenoord” kimi klublarda da çıxış edib.

Şimanski Polşa millisində keçirdiyi 50 oyunda da 6 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
48
16
arena.az

5Mənbələr