AZ

Ötən il Azərbaycandan Portuqaliyaya ixrac olunan neftin həcmi açıqlandı

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Portuqaliyaya 430,7 milyon dollardəyərində bitumlu süxurlardan əldə edilmiş 803,4 min ton xam neftvə neft məhsulları ixrac olunub.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cüilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 200,5 milyon dollarvə ya 31,8 faiz, həcm baxımından isə 201,6 min ton və ya 20,1 faizazdır.

Hesabat dövrü ərzində Portuqaliya Azərbaycanın ən çox neft vəneft məhsulları ixrac etdiyi ölkələrin sırasında 6-ci yertutub.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlusüxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1milyard ABŞ dolları təşkil edib.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydəalınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrachəcminin 48,28%-ni təşkil edib.

Məqalədə:
Seçilən
170
22
az.trend.az

10Mənbələr