AZ

SEPAH kanalından Azərbaycana açıq təhdid: “Bir neçə günə məhv edər, hakimiyyəti dəyişərik”

İranın radikal dairələrinə - SEPAH-a yaxın sosial media kanallarında Azərbaycana qarşı açıq təhdid xarakterli açıqlamalar yayılıb.

Musavat.com xəbər verir ki, bu dəfə Tehran Universitetinin professoru və İranın nüvə danışıqları üzrə keçmiş müşaviri Seyid Mohammad Marandi Azərbaycan hakimiyyətinə qarşı sərt ifadələr işlədib.

SEPAH-ın Telegram kanallarında yayılan açıqlamada Marandi bildirib ki, əgər Azərbaycan İran əleyhinə siyasətini ABŞ və Israel ilə birlikdə davam etdirərsə, “mövcud hakimiyyət uzun müddət davam etməyəcək”.

Onun sözlərinə görə:

“Əgər Azərbaycan İran əleyhinə siyasətini ABŞ və İsraillə birlikdə davam etdirərsə, bu rejim uzun müddət davam etməyəcək. O məhv ediləcək və onun yerinə İranla dost olacaq yeni hökumət gələcək. Bu isə cəmi bir neçə gün çəkə bilər.”

Musavat.com-a görə, SEPAH Azərbaycana böhtan atmaqla yanaşı, həm də həddini aşır. Üstəlik, bu tip açıqlamalar İran daxilində müxtəlif güc mərkəzlərinin fərqli mövqelərini göstərir. Bir tərəfdən İran administrasiyasının rəsmiləri – prezident və xarici işlər naziri Azərbaycanla münasibətlərin dostluq xarakterli olduğunu və Bakı tərəfindən İrana qarşı düşmən addımlar atılmadığını bildirir.

Digər tərəfdən isə SEPAH-a bağlı media, ideoloji və hərbi çevrələr Azərbaycana qarşı açıq təhdid ritorikasını davam etdirir.

Bakının cavabı artıq verilib

Xatırladaq ki, İran ərazisindən Naxçıvan istiqamətində pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücumdan sonra Azərbaycanın dövlət rəhbərliyi bu məsələyə sərt reaksiya verib.

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Azərbaycanın hərbi gücünün və qətiyyətinin dəyişmədiyini vurğulayaraq məşhur ifadəni bir daha xatırladıb:

“Dəmir yumruq yerindədir.”

Musavat.com

Seçilən
49
1
musavat.com

10Mənbələr