AZ

İtaliya uduzdu, Türkiyə 24 il sonra dünya çempionatına vəsiqə aldı

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçirilib.

Sportinfo.az xəbər verir ki, nəticədə mundiala vəsiqə qazanan daha 4 milli komanda müəyyənləşib.

Yarımfinalda Rumıniyanı üstələyən (1:0) Türkiyə millisi səfərdə Kosovo ilə qarşılaşıb. V

inçenzo Montellanın komandası 1:0 hesabı ilə qalib gələrək, DÇ-2026-nın final mərhələsinə yüksəlib. Beləliklə, Türkiyə yığması 24 il sonra ilk dəfə mundialda oynayacaq.

Bu gecə həmçinin İsveç Polşanı üstələyib. Çexiya Danimarkanı, Bosniya və Herseqovina isə İtaliyanı penaltilər seriyasında məğlub edib.

Ümumilikdə Türkiyə, İsveç, Çexiya və Bosniya və Herseqovina DÇ-2026-nın final mərhələsinə adlayıblar.

31 mart

DÇ-2026, pley-off mərhələsinin final oyunları

22:45. Kosovo – Türkiyə - 0:1

Qol: Aktürkoğlu, 53

Priştina, Kosovo

22:45. İsveç – Polşa - 3:2

Qollar: Elanqa, 20, Lajerbelke, 44, Qyökereş, 88 - Zalevski, 33, Sviderski, 55

Solna, İsveç

22:45. Bosniya və Herseqovina– İtaliya - 1:1, Penaltilər seriyası - 4:1

Qollar: Tabakoviç, 79 - Kin, 15

Qırmızı vərəqə: Bastoni, 41 (İtaliya)

Zenitsa, Bosniya və Hersoqovina

22:45. Çexiya – Danimarka - 1:1, Penaltilər seriyası - 3:1

Qollar: Sulç, 3 - Andersen, 72

Praqa, Çexiya

Seçilən
31
2
sportinfo.az

10Mənbələr