AZ

İran ABŞ-ın iki hərbi helikopterini vurub

İran ABŞ-ın F-15E qırıcı təyyarəsinin axtarışında iştirak edən iki UH-60 Blackhawk helikopterini vurub.

Musavat.com xəbər verir ki, məlumatı NBC News yayıb.  Kanal həmçinin bildirib ki, İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan ABŞ Hərbi Hava Qüvvələrinin A-10 hücum təyyarəsi qəzaya uğramazdan əvvəl Küveytə çatmağı bacarıb.

A-10  F-15E qırıcı təyyarəsi vurulduqdan sonra axtarış və xilasetmə əməliyyatını dəstəkləmək üçün göndərilmişdi. NBC News-un məlumatına görə, zədə aldıqdan sonra A-10 təyyarəsi Küveyt hava məkanına daxil olub, pilot katapult edib və təyyarə qəzaya uğrayıb. Pilot salamatdır.

Şəbəkə həmçinin İranın axtarış-xilasetmə əməliyyatında iştirak edən iki UH-60 Blackhawk helikopterini vurduğunu və onların göyərtəsindəki hərbçilərin yüngül xəsarət aldığını bildirir.

Musavat.com

 

Seçilən
76
24
musavat.com

10Mənbələr