AZ

“Hörmüz boğazı hərbi yolla açıla bilməz” ABŞ kəşfiyyatı

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ kəşfiyyatının hesabatına görə, İranın nəzarətində olan Hörmüz boğazının müharibə başa çatsa belə, qısa müddətdə açılması mümkün deyil. 

Həmin sənəddə vurğulanır ki, bu strateji keçidin bərpası yalnız diplomatik danışıqlar və beynəlxalq təzyiq yolu ilə reallaşa bilər.

Hesabatda qeyd olunur ki, İran boğazdan keçən bəzi gəmilərdən ödəniş alır və ABŞ ilə onun müttəfiqlərinə məxsus gəmilərin keçidinə icazə vermir. Bu vəziyyət qlobal enerji bazarlarına da ciddi təsir göstərir. Belə ki, Avrozonada enerji qiymətləri mart ayında 100,16 bənddən 106,97 bəndə qədər yüksəlib.

Sənədə görə, dünya neft ticarətinin əsas marşrutlarından biri olan Hörmüz boğazının yaxın perspektivdə açılması real görünmür. Qərb hərbi ekspertləri də İranın nəzarətində olan bu ərazinin hərbi güclə açılmasını mümkünsüz hesab edir.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
50
azpolitika.info

10Mənbələr