Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakıda kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 5-də saat 14:59 radələrində qeydə alınıb. Kadrlardan aydın olur ki, tıxacda gözləmək istəməyən 77-AG-515 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq yoluna davam edib. Bu zaman o, qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb və onların yolunu kəsib.
Bununla yanaşı, qayda pozuntusu ilə kifayətlənməyən sürücü qarşı tərəfdən gələn avtomobilin sahibinə yol vermədiyi halda, ona irad da bildirib. Qarşı tərəf isə vəziyyətə etiraz edərək “Parkinqdə saxlayım, sən rahat keçəsən?” sözləri ilə cavab verib. Daha sonra sürücülər arasında qarşılıqlı narazılıq və xoşagəlməz ifadələr səsləndirilib.
Hadisə bir daha göstərir ki, yol hərəkəti qaydalarına əməl olunmaması həm digər sürücülər, həm də ümumi yol təhlükəsizliyi üçün ciddi risk yaradır.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.