AZ

Melaniya Tramp Ceffri Epşteyn ilə əlaqəsi olduğu iddialarını təkzib etdi

Melaniya Tramp Ceffri Epşteyn ilə əlaqəsi olduğu iddialarını təkzib etdi

ABŞ-ın birinci xanımı Melaniya Tramp yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan və həbsxanada ölü tapılan Ceffri Epşteyn ilə hər hansı əlaqəsinin olması və onun cinayətlərindən xəbərdar olması barədə iddiaların tamamilə əsassız olduğunu bildirib.

AFN.az xəbər verir ki, Ağ Evdə kameralar qarşısına keçən Melaniya Tramp haqqındakı iddialarla bağlı rəsmi bəyanatla çıxış edib. Yazılı mətni oxuyan Melaniya Tramp Epşteyn ilə heç bir əlaqəsinin olmadığını və onun törətdiyi cinayətlərdən xəbərsiz olduğunu vurğulayıb.

O, bu cür xəbərlərin həqiqəti əks etdirmədiyini və məqsədin onun nüfuzuna xələl gətirmək olduğunu qeyd edib:

"Məni rüsvayçı Ceffri Epşteyn ilə əlaqələndirən yalanlara bu gün son qoyulmalıdır. Haqqımda yalan danışan şəxslər etik standartlardan, təvazökarlıqdan və hörmətdən məhrumdurlar. Mən onların cahilliyinə etiraz etmirəm, lakin nüfuzumu ləkələməyə yönəlmiş bədniyyətli cəhdlərini rədd edirəm".

Birinci xanım həmçinin Konqresi Epşteynin cinayətlərinin qurbanlarını mərkəzə qoyan açıq dinləmələr keçirməyə çağırıb. Xatırladaq ki, onlarla azyaşlıya qarşı cinsi istismarda ittiham olunan milyarder Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı həbsxana kamerasında ölü tapılmışdı.

Seçilən
44
22
afn.az

10Mənbələr