ABŞ-nin birinci xanımı Melaniya Tramp maliyyəçi Ceffri Epşteyn ilə hər hansı əlaqəsinin olmadığını bəyan edib.
BAKU.WS xəbər verir ki, o, Ağ Evdə çıxışı zamanı nə Epşteyn, nə də onun yaxın çevrəsində olan Qisleyn Maksvellə şəxsi münasibətinin olmadığını deyib.
Melania Trampın sözlərinə görə, bu mövzuda yayılan iddialar həqiqəti əks etdirmir.
Birinci xanım qeyd edib ki, Epşteynin köməkçisinə göndərdiyi elektron məktub sadəcə rəsmi cavab xarakteri daşıyıb və bunu hansısa əlaqə kimi təqdim etmək doğru deyil. "Mən onun qurbanı deyiləm", – deyə o vurğulayıb.
Melaniya Tramp həmçinin bildirib ki, maliyyəçinin törətdiyi cinayətlərdən xəbərsiz olub və son illərdə sosial şəbəkələrdə onun adı ilə bağlı yayılan bəzi görüntülər qeyri-dəqiq və insanları yanıltmaq məqsədi daşıyır.
O, əlavə olaraq Epşteynin onu gələcək həyat yoldaşı Donald Tramp ilə tanış etməsi barədə iddiaları da təkzib edib. Bildirib ki, Donald Trampla tanışlığı 2000-ci ilə təsadüf edir və bu, Epşteynlə hər hansı əlaqədən əvvəl baş verib.
Melaniya Tramp qeyd edib ki, Nyu-York və Palm-Biç kimi şəhərlərdə sosial dairələrin kəsişməsi normal haldır və bu səbəbdən müxtəlif tədbirlərdə eyni mühitdə olmaq hansısa şəxsi münasibətin göstəricisi sayıla bilməz.