AZ

Masallıda ağır qəza: bir nəfər həyatını itirib

Masallı, 19 aprel, AZƏRTAC

Masallıda baş verən qəzada 18 yaşlı gənc ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb. Masallı rayon sakini 18 yaşlı Məsləhət Cabbarov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində M.Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müxbir- İlkin Adıyev

Seçilən
2
16
azertag.az

10Mənbələr