“Xalq artisti Akif İslamzadənin vəziyyəti ağır stabil olaraq qalır”.
Bu məlumatı Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.
“Xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilir. Huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir”, – deyə həkim bildirib.
Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


